"Real Madrid" hücumçusu Luka Yoviçi "Roma"ya təklif edib.
Fanat.Az xəbər verir ki, informasiyanı "La Repubblica" yayıb.
Mənbə sözügedən forvardın "Roma"da Milan "İnter"inə keçməyə yaxın olan Edin Cekonu əvəzləyə biləcəyini vurğulayıb.
Yazılanlara inansaq, "canavarlar"ın baş məşqçisi Joze Mourinyu da bu keçidin əleyhinə deyil.
Qeyd edək ki, "Real" Yoviçi bu qış sabiq klubuna - Frankfurt "Ayntraxt"ına icarəyə vermişdi. Mövsümün sonunadək 18 Bundesliqa matçında forma geyinən Luka 4 qolla yadda qalmışdı.
Nihat

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol