Azərbaycanın 19 yaşlılardan ibarət milli komandasının şərəfini qorumuş, ötən mövsümü isə Moldovanın "Nistru" komandasında keçirmiş Tural Hümbətov "Araz"a keçib. Fanat.az xəbər verir ki, gənc futbolçu Naxçıvan klubu ilə 1 illik müqavilə imzalayıb.
"Zenit"in yetirməsi olan və mərkəz müdafiəçisi mövqeyində çıxış edən 20 yaşlı futbolçu açıqlamasında bunları deyib: "Məlum olduğu kimi ciddi zədə ilə üzləşmişdim. Demək olar ki, əməliyyatdan sonra meydana çıxmadım və 6 aya yaxındı fərdi olaraq məşq edib zədəmi sağaltdım. İndi tam olaraq zədəm sağalıb və komanda ilə birgə məşq edirəm. Yoldaşlıq oyunlarında da çıxış etdim. Formamı bərpa edib əsas heyət uğrunda mübarizə aparacam. İnanıram "Araz" cari mövsümü çempion kimi başa vuracaq. Hədəfimiz indi yalnız Premyer Liqadı".
Qeyd edək ki, dünən "Neftçi" "Zenit"in başqa bir yetirməsi - Elvin Bədəlovu heyətinə qatıb.
Fanat.az