"Roma"nın və İtaliya millisinin müdafiəçisi Alessandro Florentsi "Milan"a keçməyə yaxındır.
Fanat.Az xəbər verir ki, bunu italiyalı jurnalist Alfredo Pedulla şəxsi saytında yazıb.
"Canavarlar" 30 yaşlı Florentsini icarəyə göndərmək istəmədiyi üçün "Milan" oyunçunun transfer hüquqlarına yiyələnəcək.
Daha öncə "Roma"nın çalışdırıcısı Joze Mourinyunun sözügedən futbolçunun xidmətində maraqlı olmadığı və rəhbərlikdən onun satışa çıxarılmasını istədiyi barədə məlumatlar yayılmışdı.
Nihat

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol