"Trabzonspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Fanat.Az xəbər verir ki, Superliqa klubu Danimarka millisinin hücumçusu Andreas Korneliusu heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İtaliyanın "Atalanta” klubundan transfer olunan 28 yaşlı futbolçu artıq Türkiyəyə gəlib. Onun yaxın günlərdə rəsmi müqaviləyə imza atması planlaşdırılır.
"Trabzonspor” bu transferə görə 5,1 milyon avro xərcləyib. Futbolçunun özü isə hər mövsüm üçün 2,2 milyon avro əməkhaqqı alacaq.
Kornelius geridə qalan mövsümü icarə əsasında "Parma”da keçirib. O, bu komandanın heyətində meydana çıxdığı 30 matçda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol