Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə adlayacaq komandaların adlarına aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirində III təsnifat mərhələsinə yekun vurulub.
İlk oyunlardan fərqli olaraq, cavab görüşlərinin hamısı bir gündə keçirilib.
Daha erkən başlayan oyunlardan birində "Şerif" "Srvena Zvezda"nı mübarizədən kənarlaşdırıb. "Ferentsvaroş" və Ukrayna "Şaxtyor"u da adını pley-offa yazdırıb.
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" Polşada Zaqreb "Dinamo"sunu qəbul edib. Səfərdə 1:1 hesablı heç-heçə edən "Legiya" öz meydanında uduzub (0:1) və ÇL-lə vidalaşıb.
"Neftçi"ni bu turnirdən kənarlaşdırmış Yunanıstan "Olimpiakos"u Bolqarıstanda "Lüdoqorets"in qonağı olub. Birinci görüşdə 1:1-lik heç-heçə qeydə alındığından növbəti dueldəki 2:2 məsələyə aydınlıq gətirməyib. Qalibi oyunsonrası penaltilər müəyyənləşdirib. Daha dəqiq olan bolqarlar 4-cü mərhələdə oynamaq hüququ qazanıb.
Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunları
10 avqust
21:00. "Şerif" (Moldova) - "Srvena Zvezda" (Serbiya) 1:0
İlk oyun - 1:1
21:00. "Slaviya" (Praqa, Çexiya) - "Ferentsvaroş" (Macarıstan) 1:0
İlk oyun - 0:2
21:30."Şaxtyor" (Donetsk, Ukrayna) - "Genk" (Belçika) 2:1
İlk oyun - 2:1
22:00. "Midtyüllan" (Danimarka) - PSV (Niderland) 0:1
İlk oyun - 0:3
22:00. "Lüdoqorets" (Bolqarıstan) - "Olimpiakos" (Yunanıstan) 2:2, penaltilərlə - 3:2
İlk oyun - 1:1
22:00. "Monako" (Fransa) - "Sparta" (Praqa, Çexiya) 3:1
İlk oyun - 2:0
22:30."Yanq Boyz" (İsveçrə) - ÇFR (Rumıniya) 3:1
İlk oyun - 1:1
23:00."Benfika" (Portuqaliya) - "Spartak" (Moskva, Rusiya) 2:0
İlk oyun - 2:0
23:00. "Legiya" (Polşa) - "Dinamo" (Zaqreb, Xorvatiya) 0:1
İlk oyun - 1:1
23:00. "Reyncers" (Şotlandiya) - "Malmö" (İsveç) 1:2
İlk oyun: 1:2