İspaniyalı raketka ustası Rafael Nadal Lionel Messinin "Barselona"dan getməsinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, ESPN nəşri tennisçinin dediklərini belə çatdırıb:
"Mən futbol həvəskarıyam. Messinin La Liqanı tərk etməsinə inanmaq çətindir və azarkeşlər üçün üzücüdür. Messinin başına gələnlərlə hər bir futbolçu üzləşə bilər. "Barselona" klubu maliyyə çətinliyi ilə üzləşib və İspaniya hökumətinə arxalana bilmir. Fikirimcə, bu, olduqca acınacaqlıdır".
Xatırladaq ki, 35 yaşlı tennisçi "Real Madrid" azarkeşidir.
Emin Şəmsiyev

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol