İngiltərənin "Mançester Yunayted" klubu fransalı hücumçusu Antoni Marsialı (Anhtony Martial) bu yay digər komandaya satmaq fikrini dəyişib.
Fanat.Az xəbəer verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.
Romelu Lukakunun gedişindən sonra Marsialın "İnter" klubuna keçəcəyi gözlənilirdi. Lakin futbolçu cari mövsüm üçn məşqçilər heyətinin planlarına daxildir.
Antoni ötən mövsüm "qırmızı şeytanlar"ın heyətində keçirdiyi 22 oyunda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Emin Şəmsiyev

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol