18:53 01.02.2014 709

Dənizlisiz "Xəzər Lənkəran" lideri devirdi (PROTOKOL)

Bu gün Topaz Premyer Liqasında qış fasiləsi başa çatıb və üçüncü dövrəyə start verilib. Fanat.az xəbər verir ki, XIX turun ilk oyun günündə bir matç baş tutub. Əslində bu gün iki oyun keçirilməli idi. Lakin qar səbəbindən "Sumqayıt" - "Qəbələ" oyunu sabah oynanılacaq.

Günün yeganə oyununda "Qarabağ" "Xəzər Lənkəran"ı qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyun qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın yeganə qoluna 49-cu dəqiqədə Manuel Skarlatake vurub. Mustafa Dənizli xəstəxanaya yerləşdirildiyindən Lənkəran klubunu meydana köməkçisi Oğuz Çətin çıxarıb.

Bu komandalar arasında 29-cu qarşılaşma olub. İndiyədək kubokda 2 dəfə qarşılaşan rəqiblər Premyer Liqada 27-ci dəfə üzləşib. 29 qarşılaşmada "Qarabağ"ın üstünlüyü var - 13 qələbə. 12 oyunda "Qarabağ" rəqibindən üstün olub, 4 matçda qalib müəyyənləşməyib. Top fərqində isə Lənkəran klubu üstündü - 32:29. 

Qeyd edək ki, turun 4 oyunu sabah keçiriləcək. "Sumqayıt" "Qəbələ"ni, "İnter" AZAL-ı, "Neftçi" "Simurq"u, "Bakı" "Rəvan"ı qəbul edəcək.

Premyer Liqa
2013/14 mövsümü
III dörvə, XIX tur

1 fevral
Qarabağ - Xəzər Lənkəran 0:1
Qol: Manuel Skarlatake, 49.
Qarabağ: 13. İbrahim Sehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo Silva, 17. Vüqar Nadirov, 20. Riçard Almeyda, 24. Admir Teli (k), 25. Ansi Aqolli (11. Ulriş Kapolonqo, 86)
, 41. Leroy Corc (
19. Jaba Dvali, 69)
, 55. Bədavi Hüseynov, 70. Çumbinyo.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 10. Muarem Muarem, 18. İlqar Qurbanov.
Baş məşqçi: Qurban Qurbanov.
Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 5. Tyeqo, 7. Sadio Tounkara (8. Deyan Blajevski, 78)
, 10. Elnur Abdullayev, 11. Zohair Benouahi, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 20. Mbilla Etame (
12. Junior Nildo, 79)
, 27. Manuel Skarlatake.
Ehtiyat oyunçular: 19. Vyekoslav Tomiç, 6. Rasim Ramaldanov, 22. Deyvid Sakkoni, 23. Nikola Qliqorov, 55. Ağabala Ramazanov.
Məşqçi: Oğuz Çətin.
Hakimlər: Ramil Diniyev, Rza Məmmədov, Azər Əsgərov, Mahir Məmmədov.
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Əliyar Ağayev.
Sarı vərəqələr: Maksim Medvedev, 17 (qeyri-idman hərəkəti). Vüqar Nadirov, 45 (qeyri-idman hərəkəti) - Elnur Abdullayev, 40 (qeyri-idman hərəkəti). Rahid Əmirquliyev, 45+1 (qeyri-idman hərəkəti).
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Asim Xudiyev.
Tofiq Bəhramov adına Respublika stadionu. 1000 tamaşaçı.

1

Qarabağ

19

10

6

3

31-12

36

2

Qəbələ

18

11

2

5

27-16

35

3

Neftçi

18

10

4

4

27-19

34

4

İnter

18

8

3

7

27-21

27

5

Bakı

18

8

3

7

29-21

27

6

Xəzər L

19

6

7

6

17-24

25

7

Simurq

18

6

7

5

19-14

25

8

AZAL

18

6

6

6

17-23

24

9

Rəvan

18

1

6

11

9-32

9

10

Sumqayıt

18

1

4

13

11-32

7


Bombardirlər: Vaqif Cavadov (İnter) - 9. Reynaldo (Qarabağ), Mindauqas Kalonas (Bakı), Daniel Subotiç (Qəbələ) - 7. Əfran İsmayılov (Bakı), Leonardo da Silva (Qəbələ), Mbilla Etame (Xəzər Lənkəran) - 6.

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

Facebookdan bizi izləməyi unutmayın.
X