Norveçli qrossmeyster Maqnus Karlsen (Magnus Carlsen) mətbuata açıqlamasında 2019-cu ildə alkoqollu içkilərdən uzaq olduğunu bildirib.
Fanat.Az "Wolfgang Wee Uncut" podkastına istinadən xəbər verir ki, şahmatçı 2018-ci ildə söz-sözhbətə səbəb olmuş bir neçə sərxoşluq hallarını yada salan jurnalistlərin suallarını belə cavablandırıb:
"Bütün 2019-cu ili ayıq keçirmişəm. Çoxlu səyahətlər və turnirlər keçirirdim. Üstəlik bir qızla tanış olmuşdum və sabit münasibətlərə başlamışdıq. Onunla bacardığım qədər çox vaxt keçirmək istəyirdim".
Xatırladaq ki, 30 yaşlı şahmatçı yerli idmançılarımızın da iştrak etdiyi Soçi şəhərində keçirilən son Dünya Şahmat Kubokunda bürünc medal qazanmışdı.
Emin Şəmsiyev