UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Qarabağ”ın rəqibi olan Kipr AEL-i dünən Bakıya gəlib.
Fanat.Az xəbər verir ki, Limassol təmsilçisi "Hilton” otelində məskunlaşıb. Kiprlilər axşam məşqini Bakı Olimpiya stadionunun ehtiyat meydançasında keçirib.
Bu gün isə komanda hazırlığını Tofiq Bəhramov adına Respublika stadionunda tamamlayacaq. Saat 20.00-da başlayacaq son məşqin ilk 15 dəqiqəsi mətbuata açıq olacaq.
Qeyd edək ki, "Qarabağ" - AEL oyunu avqustun 12-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Mirağa