Fransanın PSJ klubunun prezidenti Nasser Əl-Xelayfi mətbuat konfransı keçirib.
Fanat.Az Fabritsio Romanonun "Twitter" hesabındakı paylaşımına istinadən xəbər verir ki, Leonel Messinin də iştirak etdiyi konfransda yeni oyunçuların təqdimatı, yeni mövsümə hazırlıq və ən əsası, argentinalı ulduzun çıxışı diqqət çəkib.
"Barselonadan ayrılmaq çox çətin idi. Amma ən yaxşı komandalardan birinə - PSJ-yə keçdiyim üçün çox xoşbəxtəm. "Baselona"nın" açıqlamasından dərhal sonra çox tez və ciddi danışıqlara başladım"- deyə Messi yeni klubuna keçidini şərh edib.
Kilian Mbappenin (Kylian Mbappe) gələcək aqibətinə gəlincə, klub prezidenti bunları deyib:
"Mbappenin gələcəyi hamıya bəlli olmalıdır. O parisli olaraq qalacaq. Özü də yolunu bizimlə davam etdirməyə razılıq verib"
Xatırladaq ki, Mbappenin klubda qalıb-qalmayacağı böyük sual altında idi. "Real Madrid" klubu futbolçunu heyətinə qatmağa razı salmışdı.
Emin Şəmsiyev

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol