Futzal üzrə FİFA referisi Hikmət Qafarlı beynəlxaq oyuna təyinat alıb.
Fanat.Az xəbər verir ki, Qafarlı futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsinin C qrupunda keçiriləcək oyunlarda iştirak edəcək. Avqustun 20-dən 25-dək davam edəcək oyunlar Albaniyanın paytaxtı Tiranada təşkil olunacaq. Bu qrupda "Tirana”, "Haladas” (Macarıstan), "Differdanj” (Lüksemburq) və "Utleira” (Norveç) komandaları mübarizə aparacaq.
Mirağa