PSJ klubunun hücumçusu Lionel Messi "Barselona"ya keçidini şərh edib.
Fanat.Az xəbər verir ki, Goal.com ulduz futbolçunun dediklərini belə çatdırıb:
"Barselonadan ayrılmaq mənim üçün çətin idi, amma Parisə gəldiyim andan özümü xoşbəxt hiss edirəm. İlk dəqiqədən burdakı vaxtımdan zövq alıram. Çox minnətdaram ki, danışıqlar çox asan keçdi. Bu klubun bütün titullar uğrunda mübarizəyə hazır olduğunu hiss edirəm.
PSJ əla komandadır. Klub artıq bu yay bir neçə möhtəşəm müqavilə bağlayıb. Mənim üçün inanılmaz bir təcrübə olacaq. Meydana ilk dəfə nə vaxt çıxa biləcəyimi bilmirəm, çünki əvvəlcə formaya düşməliyəm".
Xatırladaq ki, avqustun 5-də "Barselona" Messi ilə müqaviləsini yeniləməyəcəyini açıqlamışdı.
Emin Şəmsiyev

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol