Bu günlərdə şəhid mayorumuz Rüfət Əsgərovun oğlu Xansuvar "Neftçi"nin düşərgəsində olub.
Fanat.Az "Neftçi" fanatlarının "Facebook" səhifəsinə istinadən xəbər verir ki, "ağ-qaralar"ın şəhid azarkeşinin oğlu məşqi izləyib və sonda komanda ilə xatirə şəkli çəkdirib.
Fanatlar yeniyetmə azarkeşin addımını "bir fanatımızı, qardaşımızı itirdik, amma Xansuvar sayəsində o ailədə "Neftçi" sevgisi davam edir" şəklində dəyərləndiriblər.
Mirağa