Rumıniyanın Yassa şəhərində şahmat üzrə qadınlar arasında Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, bu gün qitə birinciliyində 3-cü turun görüşləri keçirilib. Gün xanım şahmatçılarımız üçün bərbad alınıb. Belə ki, yarışa qatılan 10 zəka sahibindən 7-si uduzub, 2-si isə yarım xalla kifayətlənib. Yalnız Gunay Məmmədzadə qələbə qazana bilib.
3-cü turun nəticələri:
Günay Məmmədzadə - Stavroula Tsolakidou (Yunanıstan) 1:0
Ülviyyə Fətəliyeva - Nurgül Səlimova (ECX) 0.5 - 0.5
Gövhər Beydullayeva - Nataliya Buksa (Ukrayna) 0.5 - 0.5
Türkan Məmmədyarova - Lela Javaxişvili (Gürcüstan) 0:1
Gülnar Məmmədova - Nino Batsiaşvili (Gürcüstan) 0:1
Ayan Allahverdiyeva - Viktoriya Çernyak (Rusiya) 0:1
Nəsrin Babayeva - Tatyana Dornbuş (Monteneqro) 0:1
Zeynəb Məmmədyarova - Ellen Nillsen (Danimarka) 0:1
Xanım Balacayeva - Elina Darielyan (Ermənistan) 0:1
Xəyalə Abdulla - Monika Soçko (Polşa) 0:1
4-cü turun oyunları sabah keçiriləcək.
Qeyd edək ki, qitə birinciliyi avqustun 21-dək davam edəcək. Yarışın ümumi mükafat fondu isə 60 min avro təşkil edir.
Mirağa