10:23 12.08.2021 946

“Neftçi”dən çox, “Qarabağ”a inanıram - Vaqif Paşayev

Bu gün iki avrokubok təmsilçimizin – "Qarabağ” və "Neftçi”nin vacib oyunları var. Ağdam klubu Bakıda Kipr AEL-ini sınağa çəkəcək, paytaxt təmsilçisi isə Helsinkidə HİK-i adlamağa çalışacaq. Hansı komandamız daha şanslıdır?

Fanat.Az təcrübəli mütəxəssis Vaqif Paşayevin "Neftçi” və "Qarabağ”ın şansları ilə bağlı fikirlərini öyrənib.

HİK – "Neftçi”

"Mən "Neftçi”dən çox, "Qarabağ”a inanıram. Çünki Bakıdakı oyunda komandanın xeyli əziyyət çəkdiyini hamımız gördük. Oyunu məğlubiyyətdən xilas etsələr də, görünürdü ki, rəqibə bata bilmirlər. Əksəriyyət "Neftçi”də problemin müdafiə xətti ilə bağlı olduğunu deyir. Mən isə əksini düşünürəm: problem hücumdadır. "Neftçi” kimi komandanın hücumçusu yoxdur. Ya da belə deyək, yalnız Namik Ələsgərovdan asılı olmaları heç də yaxşı hal deyil. Bildiyimə görə, onu səfərə aparmayıblar. Deməli, "Bursaspor” söhbəti var, mümkündür ki, Türkiyə klubuna keçsin. Belə olan halda çempionatın startına 3-4 gün qalmış hücumçu axtaracaqlar? Mirabdulla Abbasov niyə ilk dəqiqələrdən oynamır? Əslində mən başqa klubun məşqçisiyəm, qarışmağım doğru anlaşılmaz. Amma bunu bir mütəxəssis, Avropada çıxış edən komandamıza canı yanan biri kimi deyirəm. Bu gün "Neftçi”də əsas yük yarımmüdafiəçilərin çiynindədir. İlk görüşdə qolları məhz orta sahə oyunçuları vurdu. Açığı, eyni vəziyyətdən 10 cəhd etsən, bəlkə elə qol alınmazdı. Yaxşı ki, hər ikisi qol oldu və "Neftçi” cavab görüşü üçün şansını saxladı. Fikrimcə, təmsilçimizin şansları 50-50-yədir”.

"Qarabağ” - AEL

"Qarabağ”ın AEL-i məğlub edib pley-offa adlayacağına əminəm. Əvvəla, Kipr klubu həm özü oynayır, həm də rəqibə oynamaq imkanı verir. Qurban Qurbanovun komandası səfərdə bir neçə əlverişli imkan əldə etdi, ancaq onlardan yalnız birini reallaşdıra bildi. Az əvvəl "Neftçi”də qabartdığım hücumçu problemi "Qarabağ”da da var. Komanda 3 oyunda cəmi 2 dəfə fərqlənə bilib. Mahir Emrelinin vuran ayağı var idi. Ramil Şeydayev isə hələ ümidləri doğrultmur. Ümumiyyətlə, Azərbaycanda məhsuldar, eyni zamanda taran tipli forvard qıtlığı hökm sürür. Halbuki, futbolsuzluq dönəmində də bizdə yaxşı hücumçular yetişib. Bir qədər də irəli boylansaq, Banişevskimiz, İsgəndər Cavadovumuz, Nazim Süleymanovumuz, Vəli Qasımovumuz olub. Son 10 ildə isə yoxdur! Təkcə Mahir Emreli, vəssalam!

"Qarabağ”ın müdafiə xəttində, xüsusilə mərkəzdə sabitlik çatışmır. Bu da səbəbsiz deyil. Müdafiəçilər tez-tez sıradan çıxır. Bədavi Hüseynov zədəlidi, Rahil Məmmədov İsraildə sıradan çıxdı. Maksim Medvedov cəzalı duruma düşmüşdü. Deməzdim ki, yetirməm, hazırda köməkçisi olduğum Rəşad Sadıqovun gözü qalıb. Rəşad lider idi, o, heyətdə yer alanda, həm müdafiədəkilər, həm də bütövlükdə komanda yoldaşları sərbəst oynayırdılar. Onun yoxluğunda Azərbaycan futbolu lider sıxıntısı yaşayır. Heç bir klubda Rəşad karakterli futbolçu görmürəm.

AEL-lə ilk oyunda yaşananlar bu gün baş verməməlidir. Ona görə ki, səfərdə kiprli azarkeşlər aqressivlik nümayiş etdirib "Qarabağ”a təzyiq göstərmişdilər. İnsafən, rəqib məşqçi və ya futbolçular normal davranmışdılar. Bakıda kiprli azarkeş olmayacaqsa, rəqib komandaya qarşı eyni münasibəti göstərmək lazım deyil. Əvvəla, biz elə millət deyilik. Qonağa hörmət göstərmişik, göstərməliyik. Yaxşı olar ki, AEL-in cavabını meydanda verək, onlara kimin güclü olduğunu başa salaq. Başqa hərəkət isə komandamıza da, imicimizə də ziyan vurar”.

Mirağa

 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
21:15

"Liverpul"un sabiq futbolçusu yenidən İngiltərədə

20:45

"Arsenal"ın ulduzu "Fənərbağça" yolunda

20:05

UEFA Konfrans Liqası: “Zirə” - "Hayduk” matçının hakimləri məlum olub

19:17

"Sabah"ın "Sele" ilə cavab oyunu üçün planları bilindi - AÇIQLAMA

19:05

"Qarabağ" Niderland təmsilçisi "Tvente"ni məğlub edib

18:44

"Araz-Naxçıvan"ın rəqibi milli üzvü ilə gücləndi - RƏSMİ

18:19

"Sumqayıt" Yankoviçi heyətinə qatdı - RƏSMİ

17:56

"Roma" A Seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yenilədi

17:38

Azərbaycan millisi ardıcıl 2 qələbə ilə Ukrayna və Sinqapura rəqib oldu

17:20

Taleh də "Mingəçevir"i tərk etmək qərarına gəldi - SƏBƏB

17:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:02

"Turan Tovuz" hücumçusu ilə vidalaşdı - RƏSMİ

16:44

Seneqallı dayaq yarımmüdafiəçisi "Fənərbağça"da - RƏSMİ

16:26

"Hayduk"la mübarizəyə bütün komponentlərdə hazır olsaq..." - Ceyhun Nuriyev

16:08

Yunuszadə Premyer Liqa klubu ilə müqavilə bağlamaq üzrədir

15:53

RPL-dən uzalaşdırılan "Torpedo"nu hansı komandanın əvəzləyəcəyi bilindi

15:34

"Taktiki dəyişiklikdən sonra rəqibin əl-qolu açıldı" - Arif Əsədov

15:16

1-ci Liqada yeni mövsümün başlama tarixi bilindi

14:58

"Sumqayıt" daha bir legioneri ilə yollarını ayırdı - RƏSMİ

14:41

"Səbail" ilk transferini reallaşdırdı

14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

Facebookdan bizi izləməyi unutmayın.
X