Bu gün Polşa Futbol Federasiyasının qərargahında 2021/2022 mövsümündə "Fortuna Polşa Kuboku"nun 1/32 final cütlüklərinin püşkü atılıb.
Fanat.Az xəbər verir ki, millimizin müdafiəçisi Anton Krivotsyukun klubu "Visla" (Plotsk) Kiels təmsilçisi "Korona" ilə qarşılaşacaq. Antonun komandası bir görüşdən ibarət ola biləcək 1/32 final oyununu səfərdə keçirəcək.
Yarışın bu mərhələsi sentyabrın ikinci yarısında (rəsmi elan olunmasa da, tarix ayın 22-si göstərilir) oynanılacaq.
Mirağa

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol