"Bakı” futbol klubunun qapıçısı Kamran Ağayev sabah səhər saatlarında Turkiyəyə yola düşəcək.
İdman24.az xəbər verir ki, uzun müddətli qasığ nahiyyəsindəki ağrılardan əziyyət çəkən qapıçı klubun sağlamlıq sponsoru olan “Acıbadəm” klinikasında əməliyyat olunacaq. Komandanın həkimi Rafiq Hüseynovun məlumatına əsasən, qasığın sol tərəfindən əməliyyat olunacaq Kamranın bir ay müddətdən sonra məşqlərə başlanmasını gözlənilir.
İdman24.az