15:15 13.08.2021 1516

Millinin keçmiş kapitanı: "Belə getmək istəmirdim"

Tokio 2020-dən sonra bir sıra idmançılarımızın peşəkar karyerasını bitirməsi gözlənilən idi. İlk belə addımı cüdo üzrə kişilərdən ibarət Azərbaycan yığmasının kapitanı Nicat Şıxəlizadə atdı.

Fanat.Az-a danışan 33 yaşlı dünya və Avropa mükafatçısı qərarın asanlıqla başa gəlmədiyini bildirib: "İndiki formamla bir müddət də döyüşə bilərdim. Üç il sonra Parisdə keçiriləcək Olimpiya Oyunlarına qədər bəlkə birtəhər dözüb qalmaq olardı. Sadəcə, qərara gəlindi ki, yeni nəsilə yol açaq. Yaşım da artıq o yaş deyil. Zədələrin bərpası uzun vaxt aparır".

Karyerası ərzində bir dəfə dördilliyin əsas yarışına qatılan Şıxəlizadə Olimpiya medalı qazanmadan idmandan uzaqlaşmağın təəssüfünü yaşayır: "Karyeramın ən pik dövrü, gənclik illərim dopinqə görə boşa getdi. Toparlanıb 2016-ya lisenziya qazandım, orada da uğursuzluqla üzləşdim. Tokioya da lisenziyam varıydı. Olimpiada təxirə salınmasaydı, yəqin ki mən gedəcəkdim. Ancaq son bir ildə Orxan reytinqdə önə keçdi və onun Olimpiya Oyunlarınd getməyi lazım bilindi. 

Karyeramı Olimpiya medalı ilə bitirmək arzum olub. Belə getmək istəmirdim. Ancaq neyləmək olar, deməli, qismət bu imiş".

Gənclər arasında Azərbaycanın ilk dünya çempionu cüdo fəaliyyətini məşqçi kimi davam etdirmək niyyətindədir: "Federasiya rəsmiləri ilə, konkret vitse-prezident Sadıq Sadıqovla bu barədə söhbətimiz olub. Yeniyetmələr, gənclər, böyüklər - fərq etməz, hansı komandada mənə ehtiyac olsa, çalışmağa hazıram. Özüm Olimpiya medalı qazana bilmədim, inşallah, gələcəkdə yetirmələrim buna nail olar".

Qeyd edək ki, Nicat Şıxəlizadənin gedişindən sonra millinin kapitanlığı Olimpiya və ikiqat dünya finalçısı, Avropa çempionu Rüstəm Orucova keçib.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

01 İyul 2025
09:00

"Mançester Siti" "Əl-Hilal"la bacarmadı

01:05

Klublararası dünya çempionatı: "İnter"i İtaliyaya erkən göndərdilər

30 İyun 2025
23:50

Azərbaycanın 3 güləşçisi finala yüksəldi

23:15

Arda Turan "Fənərbağça"nın 2 futbolçusunu "Şaxtyor"a aparır - SON DURUM

22:41

"Biz bu mövsüm PSJ-ni artıq bir dəfə yenmişiksə..." - Leon Qoretska

22:02

Premyer Liqa klubu 5 futbolçu ilə yollarını ayırdı - ADLAR

21:40

Rəşad Sadıqov "Qarabağ"la oyundan nə danışdı?

21:14

"Futbolçuların hazırlıq səviyyəsi tam qaydasında deyil" - Qurban Qurbanov

20:55

"Milan" millinin üzvü ilə vidalaşdı

20:07

"Qarabağ" "Zirə"yə böyük hesabla qalib gəldi

19:49

Azərbaycan idmançısı Xorvatiyada medal qazandı

19:20

"Portu"nu italiyalı məşqçi çalışdıracaq

18:51

"Qocalıram, 23 yaşımın olduğuna inana bilmirəm" - Qvardiol

18:15

"Sabah"ın rəqibi yeni transfer reallaşdırdı

17:45

"Buna görə də ikinci yarıda daha cəsarətliydik" - Jordi Alba

17:28

Azərbaycan millisinin hücumçusu Polşa klubundan ayrıldı

17:09

Poqba "Monako"nu seçməsinin səbəbini belə izah etdi

16:51

UEFA iki klubu avrokuboklardan kənarlaşdırdı

16:33

Aspilikueta "Atletiko Madrid"i tərk etdi - RƏSMİ

16:15

"İnter"in daha bir ulduzu sıradan çıxdı - AÇIQLAMA

15:41

"İndi bütün diqqətimiz PSJ ilə oyuna yönəlib"

15:22

Maskerano PSJ-yə darmadağını şərh etdi - "Fərq nəzərə çarpırdı"

15:03

Azərbaycan millisinin Türkiyə toplanışı başa çatdı

14:45

"Sabah" legioneri ilə vidalaşdı

14:26

Azərbaycanlı hakim dünya çempionatına təyinat aldı

14:07

Amerikalı qadın Fransa klubunun prezidenti oldu

13:48

Dünya Kuboku: Azərbaycan gimnastlarından iki medal

13:29

İspaniya millisinin üzvü İtaliya yolunda - Danışıqlar başladı

13:10

"Neftçi" yeni sponsorluq müqaviləsi bağladı

12:52

"Bu, fəlakət olacaq, tükənəcəyik, klublararası dünya çempionatı bizi məhv edəcək" - Qvardiola

12:17

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:58

Gəncə komandası braziliyalı baş məşqçi ilə anlaşdı

11:40

"Kəpəz" daha 3 futbolçusu ilə vidalaşdı

11:22

"Onunla bağlı heç bir şübhəm yox idi" - Luis Enrike

11:03

Azərbaycan boksçusu beynəlxalq turnirdə gümüş medal qazandı

10:44

Xilaskar məşqçi qovuldu - "Bu, ayıbdır"

10:25

"Qarabağ"la "Zirə" sınaq matçında qarşılaşırlar

09:45

Kristensen "Barsa"dan getmək istəmir

09:23

Klublararası dünya çempionatı: "İnter" braziliyalılarla, "Mançester Siti" ərəblərlə qarşılaşır

09:00

"Messi komanda yoldaşlarıyla yox, heykəllərlə oynayır" - Zlatan İbrahimoviç

Facebookdan bizi izləməyi unutmayın.
X