UEFA-nın rəsmi saytı Çempionlar Liqasının mövqelərinə görə ən yaxşı namizədlərinin adlarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, hər mövqedə üç futbolçunun göstərildiyi siyahıdan dünya futbolunun iki ən böyük əfsanəsi Lionel Messi və Kriştiano Ronaldo yer almayıb.
Həmin siyahını təqdim edirik:
Qapıçılar: Tibo Kurtua ("Real"), Ederson ("Mançester Siti"), Edouard Mendi ("Çelsi")
Müdafiəçilər: Sezar Azpilikueta ("Çelsi"), Ruben Dias ("Mançester Siti"), Antonio Rudiger ("Çelsi");
Yarımmüdafiəçilər: Kevin De Bruyne ("Manchester Sitİ"), Jorjinyo ("Çelsi"), Enqolo Kante ("Çelsi");
Hücumçular: Erlinq Holland ("Borussiya Dortmund"), Robert Levandovski ("Bayern"), Kilian Mbappe (PSJ).
Qeyd edək ki, münsiflər heyətinə 32 klubun məşqçisi daxil olub.
Emin Şəmsiyev