Gürcüstanda futbol çempionatı dayandırılır.
Fanat.Az xəbər verir ki, Gürcüstan Futbol Federasiyasının rəsmi saytı bu barədə məlumat yayıb. Qurumlararası Əlaqələndirmə Şurasının ölkədə koronavirusla bağlı epidemioloji vəziyyətin pisləşməsinə görə tətbiq etdiyi məhdudiyyətlər futboldan da yan keçməyib.
Beləliklə, avqustun 14-dən federasiyanın bayrağı altında keçirilən bütün futbol yarışlarında müvəqqəti fasilə yaranacaq.
Liqalar sentyabrın 4-də yenidən bərpa olunacaq.