Mahir Emrelinin çıxış etdiyi Varşava "Legiyası"nın baş məşqçisi Çeslav Mixneviç Ekstraklassanın növbəti turu ərəfəsində mətbuat konfransı keçirib.
Fanat.Az-ın məlumatına görə, sabah "Varta Poznan"la qarşılaşacaq varşavalıların çalışdırıcısı ixtiyarında olan hücumçularla da bağlı danışıb. Maraqlıdır ki, o, Mahirdən danışarkən, hücumçumuzun xəstələndiyini bildirib. Halbuki, bu haqda heç yerdə məlumat verilməyib.
Mixneviçin açıqlamasından Mahirin səhhətində problem olduğu, yoxsa "ulduz xəstəliyi"nə tutulması anlaşılmır: "Mahir mövsümə çox yaxşı başladı, sonra xəstələndi. Üzərində işləməlidir. Məncə, yüksək səviyyəyə qalxması an məsələsidir. Tomas Pekharta gəlincə, hər şey öz əlindədir. Avropa Çempionatından sonra heç bir hazırlıq keçmədən düşərgəyə döndü. Hesab edirəm ki, bir və ya iki həftəyə onda da hər şey yoluna düşəcək".
Mirağa