Bu gün futbol üzrə İngiltərə Premyer Liqasında 2021/22 mövsümünə start verilib.
Fanat.Az xəbər verir ki, mövsümün açılış matçında debütant “Brentford” London “Arsenal”ını qəbul edib. Oyun meydan sahiblərinin inamlı qələbəsi ilə başa çatıb.
İngiltərə Premyer Liqası
1-ci tur
13 avqust
Brentford – Arsenal 2:0
Qollar: Kanos, 22. Norqard, 73.
Qeyd edək ki, turun qalan matçları 14-15 avqust tarixlərində keçiriləcək.
Nihat