"Neftçi" və "Simurq"un əvəzedici komandaları arasındakı oyun təxirə salınıb. Fanat.az xəbər verir ki, bu gün saat 14.00-da başlamalı olan matç keçirilməyib.
Buna səbəb "Bayıl Arena"nın qardan vaxtında təmizlənməməsi olub. Bu səbəbdən qarşılaşma fevralın 3-də baş tutacaq.
Qeyd edək ki, sabah "Neftçi" və "Simurq"un əsas komandaları arasında "Bakcell Arena"da baş tutmalı olan oyun qar səbəbindənn İsmət Qayıbov adına Bakıxanov adına qəsəbə stadionuna keçirilib. Qarşılaşma saat 14.00-da başlayacaq.
Fanat.az