"Keyn bu gün komandayla birlikdə məşq edib. Biz onunla gələcəyi barədə söhbət etmişik. Amma nə danışdığımızı açıqlamayacağam".
Fanat.Az xəbər verir ki, bunu "Tottenhem Hotspur"un baş məşqçisi Nunu Eşpiritu Santu deyib.
İtaliyalı insayder Fabritsio Romano portuqaliyalı mütəxəssisin fikirlərini şəxsi "Twitter" səhifəsində paylaşıb:
"Keyn qalırmı? O, bizimlədir. Hazırda "Tottenhem"in futbolçusudur. Bu gün üçün vəziyyət belədir. Təbii ki, yalnız bu gün yox, həm də sabah haqda düşünməliyik".
Daha öncə "Mançester Siti"yə keçmək istəyən Keynin onun "şəhərlilər"in sıralarına qoşulmasına əngəl yaradan rəhbərliyə etiraz əlaməti olaraq, komandasının məşqlərini boykot etdiyi barədə informasiyalar yayılmışdı.
Nihat