İtaliyanın “Verona” klubu heyətinə yeni futbolçu qatıb.
Fanat.Az xəbər verir ki, A Seriyası təmsilçisi “Mançester Siti”dən İvan İliçi transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı yarımmüdafiəçi 5 illik müqaviləyə qol çəkib.
“Verona” İliç üçün “Mançester Siti”yə 7,5 milyon avro ödəyib. Yarımmüdafiəçi ötən mövsümü icarə əsasında məhz “Verona”da keçirib.