“Ayaks”ın və Niderland yığmasının qapıçısı Martin Stekelenburq milli karyerasını bitirib.
Fanat.Az xəbər verir ki, informasiyanı Niderland mətbuatı yayıb.
39 yaşlı əlcək sahibi yığma ilə vidalaşmasının səbəbini yaşının çox olması ilə əlaqələndirib.
Qeyd edək ki, ilk dəfə 2004-cü Niderland seçməsinin formasını geyinən təcrübəli qapıçı millidə ümumilikdə 63 oyun keçirib. Qolkiper bu görüşlərdə 48 qol buraxıb.
Nihat