ABŞ-ın Sent-Luis şəhərində "Grand Chess Tour" seriyasının rapid və blitz üzrə dördüncü mərhələsi davam edir.
Fanat.Az xəbər verir ki, bu gün baş tutan daha 3 turla turnirin rapid qarşılaşmalarına yekun vurulub.
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov üçüncü yarış günündə Uesli So, Fabiano Karuana (hər ikisi ABŞ) və Riçard Rapportla (Macarıstan) üz-üzə gəlib.
So və Rapportla "sülh bağlayan" Məmmədyarov Karuana ilə görüşdən məğlub ayrılıb.
Bu nəticələrdən sonra Şəhriyar 8 xalla turnir cədvəlinin 7-ci pilləsindədir. İlk sırada 12 xalla Hikaru Nakamura (ABŞ) qərarlaşıb.
Bakı vaxtı ilə 00:00-da blitz görüşlərinə start veriləcək.
Qeyd edək ki, 10 qrossmeysterin iştirak etdiyi turnirə avqustun 16-da yekun vurulacaq. Mükafat fondu 150 min ABŞ dollarıdır.
Sahib Əsədbəyli