Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.
Fanat.Az xəbər verir ki, yeniyetmələr “Neftçi”nin U-19 komandası ilə qarşılaşıb. Oyun 2:2 hesabı ilə nəticələnib. Millinin qollarını Şahin Şahniyarov və Nahid Əliyev vurub.