"Barselona"nın keçmiş əfsanəsi Lionel Messi azarkeşlərlə vidalaşmaq üçün keçirdiyi mətbuat konfransı zamanı, göz yaşlarını sildiyi salfet hərraca çıxarılıb.
Fanat.Az xəbər verir ki, bu barədə "Mercado Libre" kommersiya saytı məlumat yayıb.
Qeyd olunur ki, Messinin göz yaşları olan salfetin hərracdakı ilkin qiyməti 1 milyon dollardan başlayır.
Xatırladaq ki, avqustun 5-də Messinin "Barselona" ilə müqaviləsinin baş tutmayacağı məlum olmuşdu.
Avqustun 11-i argentinalı ulduz fransanın PSJ- klubu ilə 2 illik müqavilə imzaladı.
Emin Şəmsiyev