"Mançester Yunayted" in baş məşqçisi Ule Qunar Sulşer (Ole Gunnar Solskjaer) yeni mövsüm başlamazdan əvvəl komandasından nə gözlədiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə İngiltərənin "Sky Sports" saytı məlumat yayıb.
Norveçli mütəxəssis bildirib ki, ötən mövsümdə olduğu kimi təkcə Brunu Fernandeşin (Bruno Fernandes) deyil, hücum xəttinin digər futbolçularınında qolların vurulmasında aktiv iştrak etməsini gözləyir.
Xatırladaq ki, "Mançester Yunaydet" İngiltərə Premyer Liqası çərçivəsində turun ilk görüşünü "Lids" klubuna qarşı keçirəcək.
Emin Şəmsiyev