"Monako"nun vitse-prezidenti və baş direktoru Oleq Petrov "Yuventus"un hücumçusu Kriştiano Ronaldunun (Cristiano Ronaldo) mümkün transferindən danışıb.
Fanat.Az xəbər verir ki, "RTL" xəbər saytı klub rəsmisinin dediklərini belə çatdırıb:
"Ronaldu? Düşünürəm ki, bizim strategiyamız PSj-nin strategiyasından fərqlidir. Böyük transfer edə bilərik, amma bu il belə bir planımız yoxdur. Klub ÇL-də yaxşı oynasa və yüksək nəaliyyətlər əldə etsə, niyə də yox?"
Qeyd edək ki, yay tətili zamanı portuqaliyalı ulduzu Fransa otellərindən birində "Monako"nun sahibi Dmitri Rıbolovlevlə birlikdə nahar edərkən görmüşdülər.
Emin Şəmsiyev