"Arsenal" klubunun baş məşqçisi Mikel Arteta "Brentford"a qarşı keçirilən mövsümün ilk oyununda komandasının uğursuzluğu haqda danışıb.
Fanat.Az xəbər verir ki, "Sky Sports" xəbər saytı ispaniyalı mütəxəssisin dediklərini belə çatdırıb:
"Olduqca məyusam. Mövsümə belə başlamaq planlarımıza daxil deyildi. İstənilən vəziyyətdə rəqibə uduzurduq. Buna baxmayaraq komandanı soyuqqanlı olmağa çağırıram"
Xatırladaq ki, İngiltərə Premyer Liqasının ilk turunda "Arsenal" yüksək liqaya bu il gəlmiş "Bretnford" klubuna 2:0 hesabı ilə məğlub olub.
Emin Şəmsiyev