"Barselona" Memfis Depay (Memphis Depay), Erik Qarsia (Eric Garcia) və Rey Manayı (Rey Manaj) La Liqada oynamaq üçün rəsmən qeydiyyatdan keçirdiklərini açıqlayıb.
Fanat.Az "katalonlar"ın rəsmi saytına istinadən xəbər verir ki, bu, komandanın kapitanı Jerar Pikenin (Gerard Pique) sayəsində mümkün olub. 34 yaşlı futbolçu maaşının azalmasına razılıq verib ki, La Liqanın nizamnaməsinə görə adı çəkilən futbolçular daxili çempionatda oynaya bilsin.
Xatırladaq ki, maliyyə "Fair Play"inə riayət etmədiyinə görə La Liqa "Barselona"ya futbolçu qeydiyyatında məhdudiyyət qoyub.
Emin Şəmsiyev