Polşa Ekstraklasasında 4-cü turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, millimizin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi Plotsk "Visla"sı da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə "Piast"la üz-üzə gəlib.
66-cı dəqiqədən azlıqda oynayan Antonun komandası 3:4 hesabıyla uduzub. "Visla"nın qollarından birini görüşün 38-ci dəqiqəsində start "11-lik"də yer alan Krivotsyuk vurub. O, qarşılaşmanın 74-cü dəqiqəsində əvəzlənib.
"Qarabağ"ın sabiq müdafiəçisi Yakub Jezniçak bu matçda avtoqola imza atıb. "Visla"nın futbolçusu 18-ci dəqiqədə qapıların yerini səhv salıb.
Beləliklə, Plotsk "Visla"sı çempionatın ilk 4 turunda 3 yenilgisini alıb. Komanda çıxdığı oyunların yalnız birində qələbə qazana bilib.
Nihat