"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının ilk turunda "Sabah"a qarşı keçirdikləri oyun barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, 1:0 hesabıyla qələbə qazandıqları matçdan sonra baş tutan mətbuat konfransında belə danışıb:
- İlk oyunlar hər zaman həyəcanlı keçir. Maraqlı oyun alındı. "Sabah"la səfər matçının ağır olacağını bilirdik. Heyətimizə yeni oyunçular cəlb etdik. Hələ komplektləşməmişik. Futbolçularımı təbrik edirəm, verdiyim tapşırıqları düzgün yerinə yetirməyə çalışdılar. Bu oyunu unudub növbəti matça köklənməliyik. Qarşıda bizi "Qarabağ"la səfər qarşılaşması gözləyir.
- Qələbəyə görə mükafat olacaq?
- Rəhbərlik bu qələbəmizin dəyərləndiriləcəyinə söz verib. Böyük məbləğ olmasa da, bu qələbə dəyərləndiriləcək.
Mirağa