Türkiyə Superliqasında 2021/2022 mövsümünün ilk turunun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, şənbə günü daha üç görüş reallaşıb.
“Fatih Karagümrük” öz meydanında “Qaziantep”i üstələyib. Elitanın debütantı “Altay” evdə “Kayserispor”u darmadağın edibsə, “Hatayspor” – “Kasımpaşa” oyunu qollu bərabərliklə bitib.
Qeyd edək ki, turun qalan matçları növbəti iki gündə baş tutacaq.
Türkiyə Superliqası
1-ci tur
14 avqust
Fatih Karagümrük – Qaziantep 3:2
Qollar: Djilobodji, 10-öz qapısına. Peşiç, 19. A.Musa, 90 – A.Sağal, 17-pen. Djilobodji, 90+4.
Altay – Kayserispor 3:0
Qollar: Bamba, 8; 45+1. Tasiano, 86.
Hatayspor – Kasımpaşa 1:1
Qollar: Lobjanidze, 73 – Eysserik, 18.
Nihat