ABŞ-ın Sent-Luis şəhərində "Grand Chess Tour" seriyasının rapid və blits üzrə dördüncü mərhələsi davam edir.
Fanat.Az xəbər verir ki, turnirin blits qarşılaşmalarına start verilib.
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov keçirdiyi ilk beş görüşdən üçünü qələbə, ikisini məğlubiyyətlə başa vurub. Təmsilçimizin iştirakı ilə baş tutan digər dörd partiyada isə "sülh" qeydə alınıb.
36 yaşlı qrossmeysterimiz bu nəticələrdən sonra 13 xalla turnir cədvəlinin 5-ci pilləsindədir. İlk sırada hesabında 18 xal olan Hikaru Nakamura (ABŞ) qərarlaşıb.
Qeyd edək ki, 10 qrossmeysterin iştirak etdiyi turnirə avqustun 16-da yekun vurulacaq. Mükafat fondu 150 min ABŞ dollarıdır.
"Grand Chess Tour"
Blits partiyaları
1-ci tur - Şəhriyar Məmmədyarov - Sem Şenklend (ABŞ) 1:0
2-ci tur - Uesli So (ABŞ) - Şəhriyar Məmmədyarov 1:0
3-cü tur - Şəhriyar Məmmədyarov - Pyotr Svidler (Rusiya) 1:0
4-cü tur - Leynyer Dominqes (ABŞ) - Şəhriyar Məmmədyarov 1:0
5-ci tur - Şəhriyar Məmmədyarov - Fabiano Karuana (ABŞ) 1:0
6-cı tur - Şəhriyar Məmmədyarov - Le Kuanq Lem (Vyetnam) 0,5:0,5
7-ci tur - Rixard Rapport (Macarıstan) - Şəhriyar Məmmədyarov 0,5:0,5
8-ci tur - Şəhriyar Məmmədyarov - Hikaru Nakamura (ABŞ) 0,5:0,5
9-cu tur - Ceffri Şonq (ABŞ) - Şəhriyar Məmmədyarov 0,5:0,5
Sahib Əsədbəyli