Rumıniyanın Yassa şəhərində şahmat üzrə qadınlar arasında Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçilərinin yeddinci turdakı rəqiblərinin adına aydınlıq gəlib.
Altı turdan sonra 5 xal toplayan və liderdən yalnız əlavə göstəricilərə görə geri qalaraq yarış cədvəlində 2-ci sırada qərarlaşan Günay Məmmədzadə eyni xala sahib digər dörd şahmatçıdan biri Aleksandra Maltsevskaya (Rusiya) ilə münasibətlərinə aydınlıq gətirəcək.
Xanım Balacayeva Aleksandra Bodnaruk, Gövhər Beydullayeva Yelena Semyonova (hər ikisi Rusiya), Gülnar Məmmədova Olqa Badelka, Zeynəb Məmmədyarova Yana İlyuçuk (hər ikisi Belarus), Ülviyyə Fətəliyeva Klaudia Kulon (Polşa), Nəsrin Babayeva Mihaela Sandu, Ayan Allahverdiyeva Ema Obada (hər ikisi Rumıniya), Türkan Məmmədyarova İrina Petrova (Ukrayna), Xəyalə Abdulla isə Triin Narva (Estoniya) ilə üz-üzə gələcək.
Yeddinci turun qarşılaşmaları sabah - avqustun 16-da, Bakı vaxtı ilə 16:00-da başlayacaq.
Qeyd edək ki, Avropa çempionatına 11 turdan sonra - avqustun 20-də yekun vurulacaq. Yarışın mükafat fondu 60 min avrodur.
Sahib Əsədbəyli