“Neftçi”nin 16 yaşlılardan ibarət komandasının məşqçisi Elçin Dərgahquliyev məşqlərdə iştirak etmir.
Fanat.Az xəbər verir ki, cəmi üç həftə əvvəl U-16 komandasında baş məşqçi Eldəniz Məmmədovun köməkçisi təyin olunan Dərgahquliyevin düşərgədə görünməməsi onun “Neftçi”dən uzaqlaşdırılması ilə bağlı söz-söhbətə səbəb olub.
Çalışdırıcısı ilə əlaqə saxladıqda məlum oldu ki, məşqçi zədə səbəbindən işinə başlaya bilmir: “Yox, komandadan uzaqlaşdırılmamışam. Sadəcə, dizim ağrıyır, gəzə bilmirəm. Axsaya-axsaya yeriyirəm. Hazırda müalicə olunuram. Elə "Neftçi"nin həkimləri müalicə edirlər, 4 iynə vurublar. Menskdə zədə var. Ola bilsin ki, əməliyyat etsinlər. MRT müayinəsindən sonra dəqiq deyəcəklər. Rəhbərliyə təşəkkürümü bildirirəm ki, məni başa düşdülər, qayğı ilə yanaşdılar. Dedilər ki “get, müalicəni elətdir, sağal və qayıt işinə”. Bu gün birtəhər məşqə gedəcəm”.
Qeyd edək ki, Elçin Dərgahquliyev “Qaradağ Lökbatan”ın sabiq çalışdırıcısıdır.
Mirağa