ABŞ-ın Sent-Luis şəhərində "Grand Chess Tour" seriyasının rapid və blits üzrə dördüncü mərhələsi başa çatıb.
Fanat.Az xəbər verir ki, turnirin son günündə daha 9 blits turu oynanılıb. Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov keçirdiyi görüşlərdən üçünü qələbə, ikisini heç-heçə, dördünü isə məğlubiyyətlə tamamlayıb.
Beləliklə, xallarının sayını 17-yə çatdıran 36 yaşlı qrossmeysterimiz son yarış cədvəlində 6-cı sırada qərarlaşıb.
Ümumi mükafat fondu 150 min ABŞ dolları olan turnirin qalibi adını hesabına 24 xal yazan Hikaru Nakamura (ABŞ) qazanıb.
Qeyd edək ki, Şəhriyar Məmmədyarov "Grand Chess Tour" seriyasının birinci mərhələsinin - "Superbet Chess Classic Romania"nın qalibi olub.
"Grand Chess Tour", Sent-Luis
Blits mərhələsi
10-cu tur - Sem Şenklend (ABŞ) - Şəhriyar Məmmədyarov 1:0
11-ci tur - Şəhriyar Məmmədyarov - Uesli So (ABŞ) 1:0
12-ci tur - Pyotr Svidler (Rusiya) - Şəhriyar Məmmədyarov 1:0
13-cü tur - Şəhriyar Məmmədyarov - Lenyer Dominqes (ABŞ) 1:0
14-cü tur - Fabiano Karuana (ABŞ) - Şəhriyar Məmmədyarov 0,5:0,5
15-ci tur - Le Kuanq Lem (Vyetnam) - Şəhriyar Məmmədyarov 0,5:0,5
16-cı tur - Şəhriyar Məmmədyarov - Rixard Rapport (Macarıstan) 0:1
17-ci tur - Hikaru Nakamura (ABŞ) - Şəhriyar Məmmədyarov 1:0
18-ci tur - Şəhriyar Məmmədyarov - Ceffri Şonq (ABŞ) 1:0
Sahib Əsədbəyli