18:54 16.08.2021 2742

Üç güləşçimiz dünya çempionatının finalında - YENİLƏNİB

Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı start götürüb. İlk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər xalça üzərinə çıxıb.

Fanat.Az xəbər verir ki, bu gün mübarizəyə qoşulan dörd təmsilçimizdən üçü finala yüksəlib.

65 kq-da mübarizə aparan Zirəddin Bayramov ilk görüşdə tacikistanlı güləşçini 8:2 üstələyib. Qələbə sayəsində 1/4 finala adlayan güləşçimiz Gürcüstan təmsilçisi üçün də keçilməz olub. Bayramov görüşün gedişində 2:5 geri düşsə də, sonradan tam üstünlüklə qalib gəlib - 16:5. 

23 yaşadək güləşçilər arasında qitə çempionatının bürünc medalçısı yarımfinalda ABŞ idmançısı Reynald Bartlettlə üz-üzə gəlib. Qarşılaşma Zirəddinin 6:2 hesablı qələbəsi ilə başa çatıb.

Bayramov finalda rusiyalı Şamil Mamedov ilə münasibətlərinə aydınlıq gətirəcək.

Cəbrayıl Hacıyev (70 kq) 1/8 finalda Bolqarıstandan olan rəqibinə tam üstünlüklə qalib gəlib. Bu ilin mayında Skopyedə keçirilən 23 yaşadək güləşçilər arasında Avropa çempionatının qalibi 1/4 finalda isveçli həmkarına da seçim yeri qoymayıb. 10:0 hesabı ilə qələbəni bayram edən Hacıyev yarımfinalda rusiyalı Stanislav Svinoboyev ilə münasibətlərinə aydınlıq gətirib. Hacıyev rəqibini 6:0 hesabı ilə üstələyib.

Güləşçimiz qızıl medal uğrunda iranlı Erfan Məhəmməd Elahi ilə üz-üzə gələcək.

79 kq çəki dərəcəsində mübarizə aparan Əşrəf Aşırov dünya çempionatına Latviya təmsilçisi üzərində inamlı qələbəylə (10:0) start verib. 1/8 finalda monqolustanlı rəqibini də eyni hesabla üstələyən Əşrəf növbəti mərhələdə Qırğızıstan güləşçisinə gücünü göstərib - 4:2.

İdmançımız yarımfinalda Maxambet Nurjaubayev (Qazaxıstan) ilə qarşılaşıb. Uğurlu seriyanı burada da davam etdirən Aşırov rəqibini böyük fərqlə yenib - 11:3.

Təmsilçimiz dünya çempionluğu uğrunda iranlı Məhəmməd Aşqar Nohodilarimi ilə qarşılaşacaq.

Startda İtaliya idmançısı üzərində inamlı qələbə qazanan (11:6) 57 kiloqram çəki dərəcəsindəki təmsilçimiz Nurəddin Novruzov 1/4 finalda Monqolustan güləşçisinə tam üstünlüklə qalib gəlib - 12:2.

İdmançımız finalın biraddımlığında büdrəyib. Rusiyalı Ramazan Baqavudinova uduzan (0:7) Novruzov bürünc medal uğrunda güləşəcək.

Qeyd edək ki, bu çəki dərəcələri üzrə medallar uğrunda həlledici qarşılaşmalar sabah - avqustun 17-də keçiriləcək. Görüşlər Bakı vaxtı ilə 17:00-da başlayacaq.

***13.29

Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı start götürüb. İlk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər xalça üzərinə çıxıb.

Fanat.Az xəbər verir ki, bu gün mübarizəyə qoşulan dörd təmsilçimizin hamısı yarışın yarımfinal mərhələsinə yüksəlib.

Startda İtaliya idmançısı üzərində inamlı qələbə qazanan (11:6) 57 kiloqram çəki dərəcəsindəki təmsilçimiz Nurəddin Novruzov 1/4 finalda Monqolustan güləşçisinə tam üstünlüklə qalib gəlib - 12:2.

İdmançımız finalın biraddımlığında rusiyalı Ramazan Baqavudinov ilə üz-üzə gələcək.

65 kq-da mübarizə aparan Zirəddin Bayramov ilk görüşdə tacikistanlı güləşçini 8:2 üstələyib. Qələbə sayəsində 1/4 finala adlayan güləşçimiz Gürcüstan təmsilçisi üçün də keçilməz olub. Bayramov görüşün gedişində 2:5 geri düşsə də, sonradan tam üstünlüklə qalib gəlib - 16:5. 

23 yaşadək güləşçilər arasında qitə çempionatının bürünc medalçısını yarımfinalda ABŞ idmançısı Reynald Bartlett ilə mübarizə gözləyir.

Cəbrayıl Hacıyev (70 kq) 1/8 finalda Bolqarıstandan olan rəqibinə tam üstünlüklə qalib gəlib. Bu ilin mayında Skopyedə keçirilən 23 yaşadək güləşçilər arasında Avropa çempionatının qalibi 1/4 finalda isveçli həmkarına da seçim yeri qoymayıb. 10:0 hesabı ilə qələbəni bayram edən Hacıyev finala vəsiqə uğrunda rusiyalı Stanislav Svinoboyev ilə münasibətlərinə aydınlıq gətirəcək.

Əşrəf Aşırov dünya çempionatına Latviya təmsilçisi üzərində inamlı qələbəylə (10:0) start verib. 1/8 finalda monqolustanlı rəqibini də eyni hesabla üstələyən Əşrəf növbəti mərhələdə Qırğızıstan güləşçisinə gücünü göstərib - 4:2.

İdmançımız yarımfinalda Maxambet Nurjaubayev (Qazaxıstan) ilə gücünü sınayacaq.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 Aprel 2024
14:23

"Mən "Real" fanatıyam, əlbəttə ki, şad oldum" - "Mançester Yunayted"in futbolçusu

14:07

Almaniya Futbol İttifaqı Nagelsmann ilə müqavilə yenilədi

13:43

"Sabah" "Kəpəz"lə oyuna 4 itki ilə çıxacaq - AÇIQLAMA

13:25

"Qəbələ" israilli futbolçusu ilə vidalaşdı -  RƏSMİ

13:17

Almaniya futbolu üçün əlamətdar mövsüm - Bunu 29 il gözlədilər

12:54

"Liverpul"u keçməyə medal düşür" - Can Pyero Qasperini

12:30

Konfrans Liqası: Həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlandı

12:11

MPL: Turun təyinatları bəlli oldu

11:53

Avropa Liqası: Həftənin ən yaxşı oyunçusu adına namizədlər bilindi

11:28

Mourinyu ÇL-i hansı komandanın qazanmasını istədiyini açıqladı

11:09

"Atalanta" yarımfinala adlamağı 100 faiz haqq edir" - Yürgen Klopp

10:50

MPL: "Turan Tovuz" "Sumqayıt"ı qəbul edir - YENİLƏNİR

10:30

"Bayer Leverkuzen"dən inanılmaz rekord

09:45

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

02:10

AL: "Bayer" yenə son dəqiqədə sevinib yarımfinala adladı

01:56

KL: "Fənərbağça"nı yarımfinala buraxmadılar 

18 Aprel 2024
20:56

"Siti" ilə oyundan öncə Karlonun əsnədiyini gördüm və..." - Ançelotti Bellingemdən nə istəyib?

19:27

"Real"ın əfsanələri bir araya gəlir - 14 il sonra

18:39

"Arsenal" illərdir Münhendə qələbə qazana bilmir

18:08

Kişi voleybolçular arasında Azərbaycan çempionatında ikinci finalçı bilindi

17:55

"90 dəqiqə mübarizə aparmağa fiziki gücümüz çatmır" - Ədəhim Niftəliyev

17:28

"Çox məyusam, hamımız pərişanıq" - Deklan Rays

17:09

"Sumqayıt" "Turan Tovuz"la görüşə neçə itki ilə çıxacaq? - AÇIQLAMA

16:52

U-17-nin heyətində dəyişiklik edildi

16:29

"Turan Tovuz" "Sumqayıt"la oyuna 4 itki ilə çıxacaq

16:12

"Müstəsna futbol oynadıq, amma..." - Xosep Qvardiola

15:52

U-17 beynəlxalq turnirə gedir

15:35

"Roma" De Rossi ilə bağlı qərarını açıqladı - SON DURUM

15:17

"Oyun ərzində "Real" üzərində dominantlıq etdik" - Ruben Diaş

14:50

Umbayev Paralimpiadanın cüdo yarışlarına dəvət aldı

14:34

Azərbaycan millisinin kapitanı çempion oldu

14:15

"Heç vaxt belə bir şey xəyal edə bilməzdim" - Cud Bellingem

13:57

Yeni pəncərə açılıb, yeni nəfəs hələ yoxdu

13:40

"Mançester Siti" bizdən yaxşı futbol oynayır, amma..." - Federiko Valverde

13:23

"Real"ı "lotoreya"da güldürən qələbə - VİDEO

13:06

AFFA 30-cu turun cəzalarını açıqladı

12:58

"Yolumuza davam edəcəyimizə əmin idik" - Karlo Ançelotti

12:40

"Öyrənməliyik" - Mikel Arteta

12:21

Devid İtaliya nəhəngi ilə anlaşdı - Bu qiymətə

11:05

ÇL: Həftənin ən yaxşısı adına namizədlər bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X