"Neftçi"nin Konfrans Liqasındakı rəqibi olan Hayfa "Makkabi"si qarşıdakı həftəni özü üçün "super həftə" elan edib.
Fanat.Az xəbər verir ki, komanda qrup mərhələsinə yüksəlmək, həmçinin, "Toto Kuboku"nda adını finala yazdırmağa köklənib. Bu müddətdə Hayfa təmsilçisi üç oyuna çıxacaq. "Neftçi" ilə pley-off görüşlərinin arasında "Toto Kuboku" çərçivəsində Təl-Əviv "Hapoel"i ilə yarımfinal mübarizəsi baş tutacaq.
"Makkabi" zədəliləri də qarşıdakı həftəyə səfərbər etməyə çalışır. Kapitan Neta Lavie zədədən qayıdıb və artıq bir məşqə çıxıb. Onunla yanaşı, Boqdan Planiç də komandaya qoşulub. Ofri Aradın həftə ərzində məşqlərə qayıdacağı gözlənilirsə,
Qodsvay Donio topla çalışmalara başlayıb və onun gələn həftənin əvvəlində tam hazır olacağı bildirilir.
Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin ilk görüşləri avqustun 19-da, cavab oyunları avqustun 26-da olacaq.
Mirağa