İki çəki dərəcəsində sabiq UFC çempionu Konor Makqreqor yarımorta çəkidə titul qazanmağa hazırlaşdığını bildirib.
Fanat.Az xəbər verir ki, irlandiyalı MMA döyüşçüsü azarkeşlərdən birinin ona "Twitter"də ünvanladığı sualı cavablandırıb.
"3 müxtəlif çəkidə rəqibləri nokauta salmaq necədir" sualına Konorun cavabı belə olub:
"Möhtəşəm! Yarımorta çəkidə döyüşməyə başlayanda rəqibimi oktaqona çıxdığına peşman edəcəm. Bu, UFC tarixində keçirilən titul döyüşlərində qeydə alınan ən tez nokaut olacaq. Darıxmayın, həmin an o qədər də uzaqda deyil".
Qeyd edək ki, Makqreqor iyulun 10-dan 11-nə keçən gecə UFC 264 turniri çərçivəsində Dastin Puarye ilə qarşılaşıb. İlk raundda irland idmançının ayağı sındığı üçün Puarye texniki nokautla qalib gəlib.
Nihat