"Barselona"nın sabiq hücumçusu Tyerri Anri Lionel Messinin PSJ-yə transferini dəyərləndirib.
Fanat.Az xəbər verir ki, "Amazon Prime" mütəxəssisin sözlərini belə çatdırıb:
"Komandada ümumi balansın qaydasında olması çox vacib şərtdir. Əlbəttə, biz həmişə ən yaxşısını arzulayırıq. Messi xüsusi istedada malik oyunçudur. Onun oynadığı komanda hücum planında çox iş görə bilər. Ancaq PSJ-nin qol buraxmaqla bağlı problemləri var. Çox top buraxan komanda böyük turnirlərdə titul qazana bilməz. Qeyd etdiyim kimi, ulduz oyunçularla yanaşı, ümumumi balans da unudulmamalıdır. Biz oynadığımız dönəmdə "Barselona" az qol buraxırdı. Elə buna görə də, ciddi uğurlara imza ata bilirdik".
Nihat