"Yuventus"un 36 yaşlı hücumçusu Kriştianu Ronaldunun agenti Jorje Mendeş ulduz futbolçunun xidmətlərini İngiltərənin "Mançester Siti" komandasına təklif edib.
Fanat.Az “Football Italia”ya istinadən xəbər verir ki, Turin klubu 30 milyon avroya görə oyunçudan ayrılmağa hazırdır. Buna səbəb futbolçunun klubla mövsümün sonunda müqaviləsinin başa çatmasıdır.
Qeyd edəl ki, Ronaldu 2018-ci ildən "Yuventus"da çıxış edir. 36 yaşlı portuqal hücumçu ötən mövsüm 29 qol vuraraq, İtaliya çempionatının ən yaxşı bombardiri olub. Ronaldunin İtaliya klubu ilə müqaviləsi 2022-ci ilin 30 iyununa qədər qüvvədədir.