ABŞ-ın Sent-Luis şəhərində şahmat üzrə "Sinquefield Cup" (Sinkfild Kuboku) turniri start götürür.
Fanat.Az xəbər verir ki, 10 qrossmeysterin qatıldığı ənənəvi turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov təmsil edəcək.
36 yaşlı şahmatçımız ilk görüşünü qara fiqurlarla ABŞ təmsilçisi Uesli Soya qarşı keçirəcək.
Qeyd edək ki, turnirə avqustun 27-də yekun vurulacaq. Ümumi mükafat fondu 325 min dollardır. Qalib 90 min dollar qazanacaq.
"Sinquefield Cup"
I tur
Uesli So (ABŞ) - Şəhriyar Məmmədyarov
Maksim Vaşye-Laqrav (Fransa) - Pyotr Svidler (Rusiya)
Ceffri Şonq (ABŞ) - Rixard Rapport (Macarıstan)
Fabiano Karuana (ABŞ) - Sem Şenklend (ABŞ)
Dariuş Sverç (ABŞ) - Lenyer Dominqes (ABŞ)
Görüşlər Bakı vaxtı ilə 00:00-da başlayacaq.
Sahib Əsədbəyli