Şotlandiyanın "Aberdin" klubu "Qarabağ"a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu üçün Bakıya yola düşüb.
Fanat.Az-ın məlumatına görə, komanda bu səhər yola çıxıblar. Rəqib komandanın üzvləri günün ikinci yarısında Azərbaycan paytaxtında olacaq.
Avqustun 18-də baş məşqçi Stiven Qlassın mətbuat konfransı saat 19:30-da başlayacaq.
Qeyd edək ki, avqustun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Aberdin" oyunu saat 20:00-da start götürəcək.
Mirağa