“Qarabağ”la “Neftçi”nin UEFA Konfrans Liqasının pley-off mərhələsindəki oyunlarını canlı yayımlayacaq kanallar müəyyənləşib.
Fanat.Az xəbər verir ki, ağdamlılarla Şotlandiya “Aberdin”i arasındakı qarşılaşma "İdman" kanalı vasitəsilə canlı göstəriləcək.
“Neftçi”nin İsrail çempionu “Makkabi” (Hayfa) ilə oyununu isə “CBC Sport” ekranlara daşıyacaq.
Qeyd edək ki, "Qarabağ" - "Aberdin" matçı 19 avqust tarixində saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda, “Neftçi” – “Makkabi” görüşü isə 21:00-da “Bakcell Arena”da keçiriləcək.
Mirağa