I Diviziona hazırlaşan "Sumqayıt-2" ilə "Səbail-2" yoxlama görüşündə üz-üzə gələcəklər.
Fanat.Az xəbər verir ki, tərəflər avqustun 20-də qarşılaşacaqlar. Oyun Sumqayıtda baş tutacaq. "Kapital Bank Arena"da keçiriləcək oyun saat 17:00-a təyin olunub.
Qeyd edək ki, I Divizionda mövsüm sentyabrın 13-də start götürəcək. Bu gün isə çempionatın püşkü atılacaq.
Mirağa